Yunanıstanda yəhudi icmasının qəbirləri təhqir edilib

Yunanıstanda yəhudi icmasının qəbirləri təhqir edilib Yunanıstanın şimal-qərbində Yanin şəhərində naməlum şəxslər yəhudlərə məxsus qəbirstanlıqdakı məzarları təhqir ediblər.
Digər ölkələr
7 Avqust , 2021 13:29
Yunanıstanda yəhudi icmasının qəbirləri təhqir edilib

Yunanıstanın şimal-qərbində yerləşən Yanin şəhərində naməlum şəxslər yəhudilərə məxsus qəbirstanlıqdakı məzarları təhqir ediblər.

“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu yerli yəhudi icması bildirib.

Məlumata görə, qəbirüstü mərmər plitələr dağıdılıb.

İcma baş verən vandalizmə etiraz edərək Yanində yəhudi qəbiristanlığının sistematik olaraq təhqirə məruz qaldığını xatırladıb.

Məlumata əsasən, İkinci Dünya müharibəsinədək Yanindəki böyük yəhudi icması çox firəvan yaşayıb. Faşistlər yəhudilər bu şəhərdən deportasiya edərək, onları ölüm düşərgələrinə göndərib.

Qeyd edək ki, Yanin Yunanıstanın Epir vilayətinin mərkəzi şəhəridir. Şəhər 1431-1913-cü illərdə Osmanlı imperiyasının tərkibində olub. Məlumata görə, həmin dövrdə yerli yəhudilərin vəziyyəti yaxşılaşıb. Yaninin adı Bizansa aid tarixdə də hallanır.

Son xəbərlər

Orphus sistemi