Yunanıstanda meşə yanğınını söndürən təyyarə qəzaya uğrayıb, pilot ölüb

Digər ölkələr
  • 25 iyul, 2023
  • 13:13
Yunanıstanda meşə yanğınını söndürən təyyarə qəzaya uğrayıb, pilot ölüb

Yunanıstanda Evbey adasında meşə yanğınını söndürən təyyarənin qəzaya uğraması nəticəsində pilot ölüb.

“Report” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, təyyarə yanğını söndürərkən ağaca ilişib və yerə düşüb.

Pilot hadisə yerində ölüb.