Yunanıstanda ümumi tətil keçirilir

Digər ölkələr
  • 14 dekabr, 2017
  • 10:10
Yunanıstanda ümumi tətil keçirilir
Daily News Egypt

Bakı. 14 dekabr. REPORT.AZ/ Yunanıstanda dövlət və özəl şirkətlərin əməkdaşları 24 saatlıq ümumi tətilə başlayıblar.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, etirazçılar Yunanıstan hökumətinin beynəlxalq kreditorların təzyiqi altında tətbiq etdiyi ağır iqtisadi tədbirlərə qarşı narazılıqlarını bildirirlər.

Etirazlara ictimai nəqliyyat sisteminin əməkdaşlarının da qoşulacağı və bunun nəticəsində Yunanıstan adaları arasındakı reyslər həyata keçirən bərələrin və təyyarələrin hərəkətində təxirəsalmalar olacağı gözlənilir.

Etirazçılar arasında dövlət qurumlarının, səhiyyə xidmətlərinin əməkdaşları da var. Xəstəxanalarda yalnız təcili yardım göstəriləcək. KİV işçiləri və müəllimlər də tətilə qatılmaq niyyətindədirlər.