Yunanıstanda telekanal binası yaxınlığında güclü partlayış olub

Yunanıstanda telekanal binası yaxınlığında güclü partlayış olub Bakı. 17 dekabr. REPORT.AZ/ Yunanıstanda telekanal binası yaxınlığında güclü partlayış olub.
Digər ölkələr
1538
17 Dekabr , 2018 09:28
Yunanıstanda telekanal binası yaxınlığında güclü partlayış olub
skai.gr

Bakı. 17 dekabr. REPORT.AZ/ Yunanıstanda telekanal binası yaxınlığında güclü partlayış olub.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, partlayıcı qurğu dünən gecə paytaxt Afinada "Skai" özəl televiziya kanalının binası qarşısında işə salınıb.

Deyilənə görə, partlayışdan əvvəl telekanalın mənzil-qərargahına hazırlanan aksiya barədə xəbərdarlıq zəngi edilib. Binadakı adamlar təxliyyə ediliblər.

Binaya ciddi ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi