Yunanıstanda peyvənd qaydaları sərtləşdirilib

Yunanıstanda peyvənd qaydaları sərtləşdirilib Yunanıstanda Milli Peyvənd Komitəsi koronavirusa qarşı ikinci və üçüncü peyvəndlər arasındakı müddəti altı aydan üç aya endirib.
Digər ölkələr
4 Dekabr , 2021 06:00
Yunanıstanda peyvənd qaydaları sərtləşdirilib

Yunanıstanda Milli Peyvənd Komitəsi koronavirusa qarşı ikinci və üçüncü peyvəndlər arasındakı müddəti altı aydan üç aya endirib.

“Report” xəbər verir ki, bunu Yunanıstanın ilkin tibbi-təcili yardım xidmətinin baş katibi Marios Femistokleous deyib.

Qərar “omikron” ştamının yayılması ilə əlaqədar qəbul edilib.

Yeni ştamın yayılması və bir sıra ölkələrdə, o cümlədən Yunanıstanda təsdiqlənməsi ilə əlaqədar olaraq, Milli Peyvənd Komitəsi bütün milli və beynəlxalq məlumatları nəzərdən keçirib və 18 yaşdan yuxarı bütün vətəndaşlara gücləndirici doza qəbul etməyə icazə verib”, - Femistokleus bildirib.

Təxminən 11 milyon əhalisi olan Yunanıstanda 6 606 milyon insan peyvənd olunub ki, bu da ümumi əhalinin 63%-ni, yetkin əhalinin isə 74,6%-ni təşkil edir.

Son xəbərlər

Orphus sistemi