Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 74-ə çatıb, 160 nəfər yaralanıb - YENİLƏNİB-4

Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 74-ə çatıb, 160 nəfər yaralanıb - YENİLƏNİB-4 Bakı. 24 iyul. REPORT.AZ/ Yunanıstanda güclü meşə yanğınlarında ölənlərin sayı 74-ə çatıb.
Digər ölkələr
24 İyul , 2018 20:16
Yunanıstanda meşə yanğınları nəticəsində ölənlərin sayı 74-ə çatıb, 160 nəfər yaralanıb - YENİLƏNİB-4

Bakı. 24 iyul. REPORT.AZ/ Yunanıstanda güclü meşə yanğınlarında ölənlərin sayı 74-ə çatıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 164 nəfər xəsarət alıb.

Onlardan 23-ü uşaqdır. Rəsmilər 100-dən çox insanın itkin düşdüyünü bildiriblər.

Ölənlər arasında xarici ölkə vətəndaşları da var. Polşanın Xarici İşlər Nazirliyi yanğın nəticəsində iki polşalı turistin öldüyünü açıqlayıb.


*** 10:21

Yunanıstanda güclü meşə yanğınları nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Bu barədə "Report" RT-yə istinadən xəbər verir.

Daha əvvəl 24 nəfərin öldüyü barədə məlumat verilsə də, paytaxt Afinanın şərqindəki Rafina şəhəri yaxınlığında daha 26 meyit tapılıb.


***08:32

Bakı. 24 iyul. REPORT.AZ/ Afinada meşə yanğınları nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Greek Reporter qəzeti məlumat yayıb.


***04:17

Bakı. 24 iyul. REPORT.AZ/ Afinanın yaxınlığındakı meşə yanğınları nəticəsində ən azı 20 nəfər ölüb, daha 69 nəfər xəstəxanaya yerləşdirilib. 

"Report" xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.


*** 03:05

Bakı. 24 iyul. REPORT.AZ/ Afina yaxınlığında güclü meşə yanğını nəticəsində azı iki nəfər həlak olub, daha 20 nəfər yaralanıb. 

"Report"un xəbərinə görə, bu barədə SKAI telekanalı məlumat verib. 

Ölkənin təcili tibbi yardım Milli mərkəzinin rəhbəri Qeorqiaso Matiopulosun sözlərinə görə, iki nəfərin meyiti xilasedicilər tərəfindən paytaxtdan şimal-şərqdə yerləşən dəniz kurortlarında aşkar ediblər.

Bildirilir ki, güclü külək yanğının söndürülməsinə daha da çətinləşdirib.

Son xəbərlər

Orphus sistemi