Yunanıstanda bu il ərzində 4 min meşə yanğını baş verib

Yunanıstanda bu il ərzində 4 min meşə yanğını baş verib Yunanıstanda 2024-cü ildə təxminən 4 min meşə yanğını baş verib ki, bunların çoxu paytaxt Attika bölgəsindədir.
Digər ölkələr
21 Avqust , 2024 07:16
Yunanıstanda bu il ərzində 4 min meşə yanğını baş verib

Yunanıstanda 2024-cü ildə təxminən 4 min meşə yanğını baş verib ki, bunların çoxu paytaxt Attika bölgəsindədir.

“Report”un məlumatına görə, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis avqustun 11-13-də Attikanın şimal-şərqində baş vermiş yanğından zərər çəkmiş ərazilərin bərpası üzrə tədbirlərin müzakirə edildiyi iclasda deyib.

Onun sözlərinə görə, yanğınlardan yalnız biri böyük olub, vətəndaşların və müəssisələrin çoxlu əmlakını məhv edib. Belə ki, 11 avqustda başlayan yanğın çox yüksək sürətlə hərəkət edib və insanlara ciddi ziyan vurub.

O, son dərəcə mürəkkəb və irimiqyaslı yanğının söndürülməsi zamanı hadisə yerində olan hər kəsə - bütün dövlət qulluqçularına, yerli özünüidarəetmə orqanlarının əməkdaşlarına və köməyə gələn misli görünməmiş sayda könüllülərə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi