Yunanıstanda bir rayonu sel basıb

Yunanıstanda bir rayonu sel basıb Bakı. 26 iyul. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinanın şimalında yerləşən Maroussi rayonunu sel basıb.
Digər ölkələr
26 İyul , 2018 18:04
Yunanıstanda bir rayonu sel basıb

Bakı. 26 iyul. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinanın şimalında yerləşən Maroussi rayonunu sel basıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, ölkənin Fövqəladaə Hallar Təşkilatı sel sularının qarşısını almaq məsələsində kömək üçün vətəndaşlara müraciət edib.

Təbii fəlakət nəticəsində evləri və iş yerlərini su basıb. Hökumət rəsmiləri sürücüləri bölgəyə səfər etməməyə çağırıb və Afinanın şimalına gedən avtomobil yolunun bir hissəsinin bağlanmasını istəyiblər.

Təbii fəlakətin qurbanları, vurduğu ziyan və xəsarət alanlar barədə məlumat verilməyib. 

Son xəbərlər

Orphus sistemi