Yunanıstanda 4 nəfəri ildırım vurub

Yunanıstanda 4 nəfəri ildırım vurub Yunanıstanın paytaxtı Afina şəhərindəki qədim Akropolis abidəsi yaxınlığında ildırımın vurması nəticəsində 4 nəfər xəsarət alıb.
Digər ölkələr
17 Aprel , 2019 20:06
Yunanıstanda 4 nəfəri ildırım vurub

Yunanıstanın paytaxtı Afina şəhərindəki qədim Akropolis abidəsi yaxınlığında ildırımın vurması nəticəsində 4 nəfər xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib.

Onlardan ikisi gözətçi, digər ikisi isə turistdir. Zərərçəkənlər hadisə yerinə cəlb olunan həkim heyəti tərəfindən xəstəxanaya çatdırılıblar.

Son xəbərlər

Orphus sistemi