Yuxarı

Yunanıstana dair Aİ sammiti təxirə salınıb, danışıqlar davam edir

Avrozona ölkələri Yunanıstanın avrozonadan xaric edilməsi barədə yekun qərar verməlidirlər

Bakı. 12 iyul. REPORT.AZ/ Avropa Şurasının sədri Donald Tusk bu günə təyin olunmuş Avropa İttifaqı (Aİ) sammitinin təxirə salındığını bildirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, həmin sammitdə Yunanıstanın borcu ilə bağlı son qərar təsdiqlənməli idi.

Lakin Tusk bu gün öz Twitter səhifəsində yazıb kı, bazar günü avrozonaya daxil 19 ölkənin liderlərinin görüşü "Yunanıstana dair danışıqlar başa çatmayana qədər davam edəcək".

Avrozona ölkələri Yunanıstana yeni maliyyə yardımının verilməsi və ya ölkənin avrozonadan xaric edilməsi barədə yekun qərar verməlidirlər.

Şənbə günü gecə Yunanıstan parlamenti ölkəyə yeni maliyyə yardımının verilməsi üçün Alexis Tsipras hökumətinin təqdim etdiyi iqtisadi islahatlar planını dəstəkləyib.

Avropa İttifaqındakı mənbələr planın kreditorlar tərəfindən müsbət qarşılandığını bildirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi