"Yunanıstan qərar verməlidir" - Berlin

"Yunanıstan qərar verməlidir" - Berlin Bazar ertəsi Yunanıstan 240 milyard avroluqyardım proqramını davam etdirmək planını qəbul etmədi
Digər ölkələr
17 Fevral , 2015 23:24
Yunanıstan qərar verməlidir - Berlin

Bakı. 17 fevral. REPORT.AZ/ Yunanıstan yardım proqramının müddətini uzadıb-uzatmayacağı barədə qərar verməlidir. "Report" BBC-yə istinadla xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Wolfgang Schaeuble deyib.

"İndiyə qədər həmkarlarımın heç biri anlaya bilməyib ki, Yunanıstan nə istəyir... Yunanıstan özü bunu bilirmi, bu da aydın deyil", o əlavə edib.

Bazar ertəsi Yunanıstan 240 milyard avroluq (214 milyard AZN) yardım proqramını davam etdirmək planını qəbul etmədi. Yunanıstan hökuməti Avropanın təklifini "absurd" və "qəbuledilməz" adlandırmışdı.

Amma Yunanıstanın maliyyə naziri Yanis Varoufakis bəyan etmişdi ki, Yunanıstana yardım paketi barədə razılıq əldə etmək üçün "lazım gələni etməyə" hazırdır.

Yeni Afina höküməti əvvəlki şərtlərin yerinə yetirilməsindən tam imtina etmək və yeni maliyyə sisteminin qurulması üçün yardım istəyir. Onlar sələflərini ölkəni ağır büdcə rejiminə salmaqda ittiham edir.

Son xəbərlər

Orphus sistemi