Yunanıstan prezidenti Suriyadakı müharibəni bitirməyin yeganə şərtini açıqlayıb

Yunanıstan prezidenti Suriyadakı müharibəni bitirməyin yeganə şərtini açıqlayıb "Onu yalnız Rusiya, ABŞ və Aİ-nin əməkdaşlığı şəraitində bitirmək olar"
Digər ölkələr
16 Noyabr , 2016 03:15
Yunanıstan prezidenti Suriyadakı müharibəni bitirməyin yeganə şərtini açıqlayıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Yunanıstan prezidenti Prokopis Pavlopulos hesab edir ki, Suriyada gedən müharibəni yalnız Rusiya, ABŞ və Avropa İttifaqının "birgə əməkdaşlığı"nın təmin edilməsi şərti ilə başa çatdırmaq olar.

"Report" xəbər verir ki, bunu o, çərşənbə axşamı Afinada səfərdə olan ABŞ prezidenti Barak Obama ilə nahar yeməyi zamanı bildirib.

"Cənab prezident, qaçqınları müdafiə etmək və terrorçuluğun qarşısını almaq üçün Suriyadakı və ümumilikdə regiondakı müharibə dayandırılmalıdır. Bu ümumi hədəfdir və ABŞ, Aİ və Rusiyanın birgə əməkdaşlığını tələb edir", - deyə Pavlopulos bildirib.

Son xəbərlər

Orphus sistemi