Yunanıstan polisi meşə yanğınlarına görə 118 nəfəri saxlayıb

Yunanıstan polisi meşə yanğınlarına görə 118 nəfəri saxlayıb Yunanıstan polisi meşələrin qəsdən yandırılmasında və ya səhlənkarlığa görə meşə yanğınlarında şübhəli bilinən 118 nəfəri saxlayıb, son nəticədə 18 nəfər həbs edilib.
Digər ölkələr
118
12 Avqust , 2021 00:25
Yunanıstan polisi meşə yanğınlarına görə 118 nəfəri saxlayıb

Yunanıstan polisi meşələrin qəsdən yandırılmasına və ya səhlənkarlığa görə meşə yanğınlarında şübhəli bilinən onlarla insanı saxlayıb, son nəticədə 18 nəfər həbs edilib.

“Report” xəbər verir ki, bu barədə yerli “Skai TV” telekanalı bildirib.

Məlumata görə, polis avqustun 4-dən 11-dək bütün ölkə üzrə meşələrin qəsdən yandırılması və ya səhlənkarlıq səbəbindən baş verən yanğınlarda şübhəli bilinən 118 nəfəri saxlayıb, 18 nəfərin həbsi ilə bağlı müvafiq sənədlər təşkil edilib. Yanğınlarda şübhəli bilinənlər 15-78 yaşlarındadır.

Bundan başqa, yanğınlar zamanı qismən yanmış evlərdən əşyaların oğurlanılması faktları ilə bağlı 6 nəfər həbs edilib.

Son xəbərlər

Orphus sistemi