Yuxarı

Yunanıstan polisi Makedoniya ilə sərhəddə qaçqınlara qarşı əməliyyat keçirir

Bu, Yunanıstan polisinin, faktiki olaraq, miqrantlara qarşı ilk böyük əməliyyatıdır

Bakı. 9 dekabr. REPORT.AZ/ Yunanıstan polisi Makedoniya ilə sərhəddə yerləşən İdomeni kəndində dəmir yol xətlərinin miqrantlardan təmizlənməsinə dair əməliyyata başlayıb.

"Report" xəbər verir ki, bu, Yunanıstan polisinin, faktiki olaraq, miqrantlara qarşı ilk böyük əməliyyatıdır.

Miqrantlar bir neçə gündür dəmir yolunu bağlayaraq onlara sərhəddən keçmək icazəsi tələb edir. Xüsusi təyinatlı dəstə artıq qaçqınlara qarşı əməliyyata başlayıb. Daha öncə isə jurnalistlər və fotoqraflar hadisə yerindən uzaqlaşdırılıb.

Müxtəlif mənbələrə görə, İdomenidə mindən 5 minə qədər miqrant var. Kəndin öz əhalisi isə təxminən cəmi 100 nəfərdir.

Mühacirlər qatarla təmin olunmalarına baxmayaraq, kəndi tərk edib Afinaya getməkdən imtina edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi