"Report"-un İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, prezident postuna hökümət tərəfindən namizədliyi irəli sürülən Stavros Dimas səsvermə nəticəsində yalnız 160 deputatın dəstəyini qazanıb. Qanunvericiliyə görə isə bu göstərici ən azı 200 səs olmalıydı.
Beləliklə, dekabrın 23-ü və 29-u Yunanıstan parlamentində seçkilərin ikinci və üçüncü turları keçiriləcək.