Yuxarı
    Bağlamaq

    ​"YouTube" və "Facebook" ekstremist videoları avtomatik olaraq silməyə başlayıb

    Bu sistem terrorçuların yüklədikləri təbliğat videosunu tez bir vaxtda əngəlləməyə imkan verir

    Bakı. 25 iyun. REPORT.AZ/ Dünyaca böyük videohostiq "YouTube" və "Facebook" sosial şəbəkəsi ekstremist xarakterli videoları avtomatik olaraq əngəlləməyə başlayıb.

    "Report" xəbər verir ki, bu barədə mənbələrinə istinadən "Reuters" məlumat yayıb.

    Agentlik qeyd edir ki, avtomatik sistem İŞİD terrorçularının yüklədikləri təbliğat xarakterli videoları və ya digər oxşar materialları tez bir zamanda silməyə imkan verir.

    Bu texnologiya müəllif hüquqları ilə qorunan materialın axtarışı və silinməsi üçün işlənib hazırlanıb. Sistem faylın "heş"ini (faylın adına bağlı olmayan unikal rəqəmsal fərqləndirici) axtarır və bu, internet şirkətə müvafiq "heş" ilə olan materialın bütün məzmununu avtomatik olaraq silməyə imkan verir.

    Agentliyin məlumatına görə, istehsalçılar avtomatik əngəlləmə sistemini ötən həftə təqdim ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi