“Yota” qasırğası Nikaraquada 6 nəfərin həyatına son qoydu
Digər ölkələr
- 18 noyabr, 2020
- 07:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Nikaraquada “Yota” qasırğasının ölkəyə gətirdiyi leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 6 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın vitse-prezidenti Rosario Murilyo bildirib.
O deyib ki, ölənlər arasında çayda boğulan 2 uşaq da var.
“Təhlükə hələ keçməyib, qasırğa ərazini tərk etsə də, yağışlar davam edir, deməli, dağıntı və sürüşmə təhlükəsi artır”, - vitse-prezident söyləyib.
R.Murilyo təbii fəlakətin miqyasını “dəhşətli” təyini ilə ifadə edib: "63 min insan təhlükəli bölgələrdən təxliyyə edilib, müvəqqəti sığınacaqlara yerləşdirilib".
Son xəbərlər
07:43
İlon Mask Corc Sorosu geridə qoyub
Digər ölkələr
07:26
"Rosatom": Macarıstanda "Pakş-2" AES layihəsinin dayandırılması ehtimalı var
Digər ölkələr
06:45
Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq
Energetika
06:25
"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
Energetika
05:55
"SpaceX" ABŞ-də ən azı 80 min mobil rabitə qülləsini icarəyə götürmək istəyir
İKT
05:18
Niderland "Ostin" fırtınasına hazırlaşır
Digər ölkələr
04:49
ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərdə süni intellekt sisteminin tətbiqinə 25 milyon dollar ayırıb
Digər ölkələr
04:15
Rubio və Rütte Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər
Digər ölkələr
03:50
Tramp yanacağın bahalaşmasına qarşı Koreya müharibəsi dövrünün qanununu tətbiq edib
Digər ölkələr