Yol qəzalarının daha çox baş verdiyi Avropa ölkələri açıqlanıb

Yol qəzalarının daha çox baş verdiyi Avropa ölkələri açıqlanıb Hesabata əsasən, Avstriyada 10 min nəfərə 44, Danimarkada isə yalnız 5 qəza düşür
Digər ölkələr
31 Yanvar , 2019 10:43
Yol qəzalarının daha çox baş verdiyi Avropa ölkələri açıqlanıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ölkələrində yol qəzalarına ən çox avstriyalı sürücülər düşür, danimarkalı sürücülər isə ən nümunəvilərdir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Aİ-nin Avropa ölkələrindəki yol qəzaları ilə bağlı hesabatında deyilir.

Hesabata əsasən, Avstriyada 10 min nəfərə 44, Danimarkada isə yalnız 5 qəza düşür. Almaniya (37) və Belçikada (35) yollarda qəza ehtimalı yüksəkdir.

Sloveniya, Portuqaliya, Malta və İtaliyadakı qəzalar barədə məlumatlar Avstriya yolları ilə müqayisədə daha yaxşıdır: təxminən, 30 qəza. Eyni zamanda Kiprdə (7,5) və Finlandiyada (8,5) bu baxımdan vəziyyət xeyli yaxşıdır.

Son xəbərlər

Orphus sistemi