CAR-da kilsəyə hücum olub, ölənlər və xəsarət alanlar var

CAR-da kilsəyə hücum olub, ölənlər və xəsarət alanlar var Yohannesburq yaxınlığlındakı Zuurbekom şəhərində yerləşən Şavuod Qüdsiyyət Kilsəsi qərargahında bu gün səhər saatlarında naməlum şəxslərin hücumu nəticəsində 5 nəfər ölüb, 6 nəfər də yaralanıb.
Digər ölkələr
733
11 İyul , 2020 18:40
CAR-da kilsəyə hücum olub, ölənlər və xəsarət alanlar var

Cənubi Afrika Respublikasının (CAR) Zuurbekom şəhərində yerləşən Şavuod Qüdsiyyət Kilsəsi qərargahında bu gün səhər saatlarında naməlum şəxslərin hücumu nəticəsində 5 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn polis və hərbçilər bir avtomobildə güllələnərək ölən dörd nəfərin, digər avtomobildə isə mühafizəçinin meyitini tapıblar.

Həmin kilsədə girov götürülən kişi, qadın və uşaqları azad edən polis tərəfindən 40-dan artıq şəxs həbs edilib. Saxlanılanlar arasında iki nəfər polis işçisi, bir hərbçi, bir həbsxana gözətçisi var. Hadisə yerində 45-dək silah-sursat, o cümlədən tüfənglər, tapançalar aşkar edilərək götürülüb.

Polisin qənaətincə, ölkənin ən böyük və ən zəngin kilsələrindən olan kilsəyə bir qrup silahlı şəxsin hücumu bura nəzarət uğrunda qarşıdurmanın ifadəsi ola bilər.

2016-cı ilin fevral ayında kilsənin icma rəhbəri Qlayton Modise qətlə yetirildikdən sonra burada dəfələrlə ayrı-ayrı qruplar arasında toqquşmaların baş verdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi