“Əfqanıstanda vəziyyətin pisləşməsi Mərkəzi Asiyada sabitliyin pozulması riskini, qeyri-sabitliyin MDB və Şanxay Əməkdaşlığı Təşkilatı ölkələrinə yayılması ehtimalını artırır”.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu MDB Antiterror Mərkəzinin rəhbəri Yevgeni Sısoyev Özbəkistanın paytaxtı Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturunun “Müasir təhlükəsizlik: çağırışlar və həll yolları” adlı səkkizinci beynəlxalq elmi-praktik konfransında bildirib.
Onun sözlərinə görə, sosial-iqtisadi vəziyyətin pisləşməsi, Əfqanıstan vətəndaşlarının xaricə kütləvi axını, artan etnik və konfessional ziddiyyətlər, transsərhəd cinayətlər, narkotik maddələrin qanunsuz dövriyyəsinin çiçəklənməsi Mərkəzi Asiya regionunda sabitliyini pozulması təhlükəsini artırır.
Mərkəz rəhbəri söyləyib ki, “Taliban” hökuməti Əfqanıstanı səmərəli idarə edə bilməzsə, ölkənin böyük bir hissəsi hərbi əməliyyatlara məruz qalacaq və yerli cihadçılar həmin əraziləri idarə etməkdən boyun qaçıracaq: “Bu baxımdan, qeyri-sabitliyin MDB və ŞƏT məkanına ixracı ehtimalı da yüksəkdir”.