İranda zəlzələ zamanı zərər çəkənlərin sayı 75 nəfərə çatıb - YENİLƏNİB-2

İranda zəlzələ zamanı zərər çəkənlərin sayı 75 nəfərə çatıb - YENİLƏNİB-2 Bakı. 7 yanvar. REPORT.AZ/ İranda zəlzələ zamanı zərər çəkənlərin sayı artıb.
Digər ölkələr
2138
7 Yanvar , 2019 02:28
İranda zəlzələ zamanı zərər çəkənlərin sayı 75 nəfərə çatıb - YENİLƏNİB-2

Bakı. 7 yanvar. REPORT.AZ/ İranda zəlzələ zamanı zərər çəkənlərin sayı artıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilir ki, ölkənin İraqla sərhədində baş vermiş zəlzələdən sonra tibbi yardım göstərilənlərin sayı 75 nəfərə çatıb. Onlardan biri xəstəxanaya yerləşdirilib

Qeyd edək ki, ölkənin Fövqəladə Vəziyyətlər üzrə Departamentinin nümayəndəsi Mojtab Xalidi daha əvvəl bildirib ki, həmin insanlardan heç biri zəlzələdən zərər çəkməyib, onlar yeraltı təkanlar baş verən vaxt qorxu və qaçış zamanı xəsarət alıblar. 

Xatırladaq ki, İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ olub.


***21:44

Bakı. 6 yanvar. REPORT.AZ/ İranda onlarla insan İraqla sərhəddə baş vermiş zəlzələdən sonra müxtəlif zədələrlə xəstəxanalara müraciət edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Fövqəladə Vəziyyətlər üzrə Departamentinin nümayəndəsi Mojtab Xalidi İRNA agentliyinə bildirib.

"Bu insanlardan heç kim zəlzələdən zərər çəkməyib, onlar qorxu və qaçış zamanı xəsarət alıblar", - deyə Xalidi agentliyə bildirib.

Onun sözlərinə görə, xəstəxanalara 31 nəfər müraciət edib. Onların əksəriyyəti - 29 nəfər evə buraxılıb. İki zərərçəkmişə tibbi yardım göstərilir.

Qeyd edək ki, İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ olub.


***18:25

İran-İraq sərhədində 5,7 bal gücündə zəlzələ olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri İraqın paytaxtı Bağdaddan 133 kilometr şimal-şərqdə, zəlzələ ocağı 49 kilometr dərinlikdə yerləşib.

Hələlik dağıntılar və ya tələfat barədə məlumat yoxdur. 

Xatırladaq ki, noyabrda İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində 634 nəfər xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi