Yenin dəyərdən düşməsi Yaponiyanın real hərbi büdcəsini 30 % azaldıb

Yenin dəyərdən düşməsi Yaponiyanın real hərbi büdcəsini 30 % azaldıb Yaponiyanın milli valyutası yenin devalvasiyası xarici silahların qiymətinin artmasına gətirib çıxarıb ki, bu da Yaponiyanın real hərbi büdcəsini 30 % azaldıb.
Digər ölkələr
19 İyun , 2024 16:49
Yenin dəyərdən düşməsi Yaponiyanın real hərbi büdcəsini 30 % azaldıb

Yaponiyanın milli valyutası yenin devalvasiyası xarici silahların qiymətinin artmasına gətirib çıxarıb ki, bu da Yaponiyanın real hərbi büdcəsini 30 % azaldıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə “Nikkei Asia” nəşri məlumat yayıb.

Yaponiya milli valyutasının son 18 aydakı devalvasiyası ABŞ istehsalı olan “F-35A” qırıcısının qiymətini 11,6 milyarddan 14 milyard yenə, “Aegis” hava hücumundan müdafiə sistemi ilə təchiz edilmiş gəmilərin qiymətini 240 milyard yendən 392 milyard yenə çıxarıb, Yaponiyada istehsal olunan silahlar isə onların tərkibində xarici komponentlərin yüksək nisbətinin olması səbəbindən qiymət artımı göstərib.

Yenin devalvasiyası nəticəsində hökumətin 2022-ci ilin dekabrında təsdiq etdiyi 43 trilyon yen (təxminən 400 milyard ABŞ dolları) həcmində 5 illik hərbi xərclər planı real ifadədə 30 % azalaraq təxminən 272 milyard ABŞ dollarına düşüb.

Son xəbərlər

Orphus sistemi