Yeni Zelandiyada yarımavtomatik və hücum tüfəngləri qadağan olunub

Yeni Zelandiyada yarımavtomatik və hücum tüfəngləri qadağan olunub Yeni Zelandiyanın Baş naziri Casinda Ardern cümə axşamı ölkə ərazisində hücum və yarımavtomatik tüfənglərin dövriyyə və istismarına qadağa tətbiq edib.
Digər ölkələr
21 Mart , 2019 08:43
Yeni Zelandiyada yarımavtomatik və hücum tüfəngləri qadağan olunub

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern cümə axşamı ölkə ərazisində hücum və yarımavtomatik tüfənglərin dövriyyə və istismarına qadağa tətbiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, Baş nazirin bəyanatını "The New Zealand Herald" nəşri dərc edib.

"Bazar ertəsi, Kraystçerçdə baş verən dəhşətli terror aktından 72 saat sonra Nazirlər Kabineti qanuna yenidən baxmağa razılıq verib. İndi, bu hücumdan 6 gün sonra biz Yeni Zelandiyada bütün hərbi tipli yarımavtomatik və hücum tüfənglərinə qadağa elan edirik", - deyə bəyanatda bildirilir.

Son xəbərlər

Orphus sistemi