Yeni Zelandiya polisi balta ilə parlament binasına gələn və binanın şüşə qapılarını qıran şəxsi saxlayıb.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” “New Zealand Herald”a istinadən məlumat verib.
Məlumata görə, polis parlament binasına küçədə bir nəfərin balta ilə gəzdiyi barədə informasiya aldıqdan sonra gəlib. O zamana qədər kişi parlamentin iki mərkəzi qapısındakı şüşəni qırmışdı, digərlərində isə zərbə əlamətləri görünürdü.
“Saxlanılan şəxs şüşə panellərə zərbələr vurub, lakin binaya daxil olmağa cəhd etməyib”, - polisdən bildirilib.
Nəşrin yazdığına görə, 31 yaşlı kişiyə qəsdən ziyan vurmaq və silah saxlamaq ittihamı irəli sürülüb. Müttəhim çərşənbə günü Vellinqtonda məhkəmə qarşısına çıxıb. Məhkəmə iclasından sonra hakim mətbuata bu adamın yanvar ayının sonuna qədər “təhlükəsiz quruma” köçürüldüyünü söyləyib. Hakim şübhəlinin iclasda psixi sağlamlığı ilə bağlı narahatlıqları təsdiqləyən ifadələr işlədiyini bildirib.
Qeyd edək ki, Yeni Zelandiya hazırda deputatlar “yay tətili”ndədir.