Yuxarı

​Yeni Zelandiyada göyərtəsində 7 sərnişinin olduğu vertolyot qəzaya uğrayıb

Sərnişinlərin vəziyyəti barədə məlumat yoxdur

Bakı. 21 noyabr. REPORT.AZ/ Yeni Zelandiyada turistlər arasında məşhur olan Foks buzlaqı yaxınlığında vertolyot qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin axtarış və xilasetmə xidmətinə istinadən "Reuters" məlumat yayıb.

"Vertolyot Foks buzlaqı yaxınlığında qəzaya uğrayıb. Onun göyərtəsində yeddi nəfərin olduğu məlumdur. Hadisə yerinə dörd vertolyot göndərilib", — deyə Yeni Zelandiyanın xilasetmə əlaqələndirmə mərkəzinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda vertolyot sərnişinlərinin aqibəti naməlumdur, onların hansı ölkə və ya ölkələrdən gəldiyi məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi