Yeni Zelandiya hökuməti Rusiya və Belarusun 22 vətəndaşına sanksiya tətbiq edib

Yeni Zelandiya hökuməti Rusiya və Belarusun 22 vətəndaşına sanksiya tətbiq edib Yeni Zelandiya hökuməti Rusiya və Belarusun 22 vətəndaşına, eləcə də neft-qaz və poladtökmə sektorlarında fəaliyyət göstərən bəzi müəssisələrə qarşı sanksiya tətbiq edib.
Digər ölkələr
21 Noyabr , 2022 13:24
Yeni Zelandiya hökuməti Rusiya və Belarusun 22 vətəndaşına sanksiya tətbiq edib

Yeni Zelandiya hökuməti Rusiya və Belarusun 22 vətəndaşına, eləcə də neft-qaz və poladtökmə sektorlarında fəaliyyət göstərən bəzi müəssisələrə qarşı sanksiya tətbiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaia Mahuta bildirib.

Yeni sanksiya siyahısına Rusiya Federasiyası vətəndaşları Mariya Vorontsova və Katerina Tixonova, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı və övladları, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, Belarus Prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı və oğlu daxildir. Həmçinin bəzi rusiyalı iş adamları və sahibkarlar da sanksiyalara məruz qalıb.

Son xəbərlər

Orphus sistemi