“Yeni Qüvvələr Hərəkatı” Partiyasının koordinatoru: "Partiya Saakaşvilini hüququ müstəvidə müdafiə edəcək" - FOTO - VİDEO

“Yeni Qüvvələr Hərəkatı” Partiyasının koordinatoru: "Partiya Saakaşvilini hüququ müstəvidə müdafiə edəcək" - FOTO - VİDEO Kiyev. 9 dekabr. REPORT.AZ/ Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin mühafizənin müşayəti ilə Kiyevdə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Baş İdarəsinin binasına gətirildiyi bildirilir.
Digər ölkələr
9 Dekabr , 2017 17:31
“Yeni Qüvvələr Hərəkatı” Partiyasının koordinatoru: Partiya Saakaşvilini hüququ müstəvidə müdafiə edəcək - FOTO - VİDEO
Report

Kiyev. 9 dekabr. REPORT.AZ/ Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin mühafizənin müşayəti ilə Kiyevdə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Baş İdarəsinin binasına gətirildiyi bildirilir.

"Report"un Ukrayna bürosunun məlumatına görə, hazırda UTX-nin binası yanında, təxminən, 30 nəfərə qədər M.Saakaşvilinin tərəfdarı toplaşıb. Onlar soyuqdan qorunmaq üçün ocaq qalayıblar.

Hüquq-mühafizə orqanları heç kimə binaya yaxınlaşmağa icazə vermirlər. UTX-nin Baş İdarəsinə gedən bütün yolları polis bağlayıb, yalnız ictimai nəqliyyata həmin yollardan istifadə etməyə imkan yaradılıb. Yaxınlıqda güc strukturlarının onlarla əməkdaşı var.

"Yeni Qüvvələr Hərəkatı” Partiyasının Zaporojye vilayəti üzrə koordinatoru Vadim Vişinski "Report"un yerli bürosuna bildirib ki, Mixeil Saakaşvili aclıq aksiyası elan edib: "Qanunvericiliyə əsasən, onu 72 saatdan artıq saxlaya bilməzlər. Bundan sonra məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçiləcək. UTX-nin binasından bir neçə məhbus daşıyan nəqliyyət vasitəsi çıxıb. Ona görə də Saakaşvilinin məhz burada olmasına əmin deyilik”.

V.Vişinski əlavə edib ki, fəallar UTX-nin binasına hücum etmək və ya partiya rəhbərliyi M.Saakaşvilini güc tətbiq etməklə azad etmək niyyətində deyil: “Hər şey hüquqi müstəvidə olacaq. Biz həmçinin sabahkı yürüşə də hazırlaşırıq və Saakaşviliyə dəstək məqsədilə bütün Ukrayna üzrə aksiyalar keçirməyi planlaşdırırıq”.

Hazırda etirazçıların çadır şəhərciyində sakitlik hökm sürür, UTX-nin binası ətrafında insanlar azdır, etirazçılar daha çox çadır şəhərciyində cəmləşiblər.

Şahidlərin dediyinə görə, bəzi KİV-lərin yaydığı məlumata baxmayaraq, gecə çadır şəhərciyinə basqın olmayıb: “Vəziyyət gərgin idi, hamımız təşviş içində idik, ancaq çadırlara basqın olmadı”. 

Son xəbərlər

Orphus sistemi