Yeni Kaledoniyada sunami xəbərdarlığı ləğv edilib - YENİLƏNİB

Yeni Kaledoniyada sunami xəbərdarlığı ləğv edilib - YENİLƏNİB Xəbərdarlıq Loyalti və İl-De-Pan adalarında yayılıb
Digər ölkələr
20 Noyabr , 2017 06:12
Yeni Kaledoniyada sunami xəbərdarlığı ləğv edilib - YENİLƏNİB

Bakı. 20 noyabr. REPORT.AZ/ Yeni Kaledoniyanın hakimiyyət orqanları Sakit okeanda baş vermiş güclü zəlzələdən sonra sunami təhlükəsi barədə xəbərdarlığı ləğv edib.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Vəziyyət üzrə xidmət xəbər verib.

Qeyd edək ki, daha əvvəl Yeni Kaledoniya sahillərində 7,3 bal gücündə növbəti güclü zəlzələ olub. Zəlzələnin episentri 26 kilometr dərinlikdə, Tadin şəhərindən 69 kilometr şimal-şərqdə qeydə alınıb.


***04:23

Yeni Kaledoniyanın hakimiyyət orqanları Sakit okeanda baş vermiş güclü zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqədar təxliyyə elan edib.

"Report" xəbər verir ki, bu barədə "NC 1" teleradio şirkəti məlumat yayıb.

Qeyd edilir ki, xəbərdarlıq Loyalti və İl-De-Pan adalarında yayılıb. Sunami Xəbərdarlığına dair Sakit Okeanı Mərkəzinin məlumatına görə, dalğaların hündürlüyü 1 metrə çata bilər.

Qeyd edək ki, daha əvvəl Yeni Kaledoniya sahillərində 7,3 bal gücündə növbəti güclü zəlzələ olub. Zəlzələnin episentri 26 kilometr dərinlikdə, Tadin şəhərindən 69 kilometr şimal-şərqdə qeydə alınıb.

Bundan əvvəl isə 6,7 və 6,3 bal gücündə zəlzələlər baş verib.

Son xəbərlər

Orphus sistemi