Yeni Kaledoniya hakimiyyəti Fransanın Sakit Okeandakı dənizaşırı ərazisinin paytaxtında baş verən iğtişaşlar nəticəsində dəymiş ziyanı ilkin olaraq 150 milyon avro qiymətləndirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Kaledoniyanın Cənub əyalətinin rəhbəri Sonya Bakes Fransanın Baş naziri Qabriel Attala ünvanladığı məktubda bildirib.
O, Fransa hökumətini iğtişaşların nəticələrini aradan qaldırmaq üçün xüsusi fond yaratmağa çağırıb.
Fransa Sahibkarlar Hərəkatının (MEDEF) regional bölməsinin rəhbəri Mimsi Dali bildirib ki, iğtişaşlar region iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər: “Hazırda bu istiqamətdə heç bir irəliləyiş görmürük. Bu, Yeni Kaledoniya üçün tamamilə misli görünməmiş bir vəziyyətdir”.