Yeni Kaledoniyada etiraz aksiyaları nəticəsində dəyən ziyan açıqlanıb

Yeni Kaledoniyada etiraz aksiyaları nəticəsində dəyən ziyan açıqlanıb Yeni Kaledoniyada etiraz aksiyaları nəticəsində dəyən ziyan 200 milyon avrodan çoxdur.
Digər ölkələr
16 May , 2024 20:04
Yeni Kaledoniyada etiraz aksiyaları nəticəsində dəyən ziyan açıqlanıb

Yeni Kaledoniyada etiraz aksiyaları nəticəsində dəyən ziyan açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə yerli ticarət və sənaye palatasının rəhbəri David Guyen məlumat verib.

Onun sözlərinə görə, etiraz aksiyaları nəticəsində dəyən ziyan 200 milyon avrodan çoxdur.

Qeyd edək ki, daha əvvəl aksiyalar nəticəsində dəymiş ziyanın 150 milyon avro qiymətləndirildiyi bildirilmişdi. Yeni Kaledoniyanın Cənub əyalətinin rəhbəri Sonya Bakes Fransanın Baş naziri Qabriel Attala ünvanladığı məktubda Parisi aksiyaların nəticələrini aradan qaldırmaq üçün xüsusi fond yaratmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi