Yeni Delhidə partlayış təhlükəsi səbəbindən səkkiz məktəb təxliyə edilib

Yeni Delhidə partlayış təhlükəsi səbəbindən səkkiz məktəb təxliyə edilib Hindistanın paytaxtı Yeni Delhidə və onun ətrafında azı səkkiz məktəb elektron poçt vasitəsilə bomba hədəsi aldıqdan sonra təxliyə edilib.
Digər ölkələr
1 May , 2024 10:01
Yeni Delhidə partlayış təhlükəsi səbəbindən səkkiz məktəb təxliyə edilib

Hindistanın paytaxtı Yeni Delhidə və onun ətrafında azı səkkiz məktəb elektron poçt vasitəsilə bomba hədəsi aldıqdan sonra təxliyə edilib.

“Report” xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Mayın 1-də imtahan keçirilməli olan “Məryəm Ana” məktəbi daxil olmaqla, Yeni Delhidəki bir neçə məktəbə partlayış təhlükəsi barədə ilk ismarışlar göndərilib .

Daha sonra Noydedə yerləşən məktəblər daxil olmaqla bir sıra təhsil müəssisələrinə partlayıcı qurğuların yerləşdirildiyi barədə məlumat daxil olub.

Son xəbərlər

Orphus sistemi