Yeni Ali Radanın ilk iclası 16 saatdan çox davam edib

Yeni Ali Radanın ilk iclası 16 saatdan çox davam edib Ukrayna Ali Radasının yeni tərkibdə ilk iclası 16 saat davam edib, millət vəkilləri parlamentin yeni rəhbərliyini seçiblər, deputat fraksiyaları, qruplarının yaradılması və qeydə alınması prosesini həyata keçiriblər, Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyiblər və deputatların toxunulmazlığı ilə bağlı qanun layihəsini ilk oxunuşda qəbul ediblər.
Digər ölkələr
30 Avqust , 2019 04:16
Yeni Ali Radanın ilk iclası 16 saatdan çox davam edib

Ukrayna Ali Radasının yeni tərkibdə ilk iclası 16 saat davam edib, millət vəkilləri parlamentin yeni rəhbərliyini seçiblər, deputat fraksiyaları, qruplarının yaradılması və qeydə alınması prosesini həyata keçiriblər, Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyiblər və deputatların toxunulmazlığı ilə bağlı qanun layihəsini ilk oxunuşda qəbul ediblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Ali Radanın gündəliyinə prezidentin təcili olaraq müəyyən etdiyi qanun layihələri daxil olmaqla onlarla qanun əlavə edilib.

İlk dəfə olaraq Ukraynan prezidenti Vladimir Zelenski Ali Radanın iclası yekunlaşana qədər zalda olub. Gecəyə yaxın spiker Dmitriy Razumkov radanın ilk iclasını yekunlaşdırıb.

Üç sentyabrda Ali Radanın ikinci sessiyası açıq elan ediləcək, parlament plenar rejimdə fəaliyyətini davam etdirəcək.  

Orphus sistemi