Yəmənli üsyançılar Britaniyanın “Galaxy Leader” gəmisini ələ keçirib
Digər ölkələr
- 19 noyabr, 2023
- 15:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yəmənli üsyançılar Qırmızı dənizdə Böyük Britaniyaya məxsus “Galaxy Leader” yük gəmisini ələ keçirib.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" İsrail baş nazirinin ofisinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, yük gəmisi hazırda Yaponiya şirkətində icarədədir.
Nəşr bildirir ki, gəmi israilli iş adamı Abraham Unqarın mülkiyyətindədir. Ələ keçirilən zaman gəmi Baham adaları bayrağı altında Türkiyədən Hindistana üzürmüş. Göyərtəsində Ukrayna, Bolqarıstan, Filippin və Meksika vətəndaşları olub.
Bundan əvvəl üsyançıların sözçüsü Yəhya Saria İsrail şirkətlərinə məxsus və ya İsrail bayrağı altında üzən bütün gəmilərə hücum edəcəklərini bildirib.
Son xəbərlər
01:43
UEFA Çempionlar Liqası: "Vikinq" - "Sabah" oyununda dördüncü qol vurulub - Yenilənir-6
Futbol
01:16
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
Digər ölkələr
01:05
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
00:53
"Benfika" FIBA Avropa Kubokunda "LANDAU Lions"a qalib gəlib
Komanda
00:35
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Digər ölkələr
00:09
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır
Digər ölkələr
23:52
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Digər ölkələr
23:31
Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib
Sağlamlıq
23:20
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Digər ölkələr