Səudiyyə Ərəbistanının 3 hərbçisi Yəmənlə sərhəddə öldürülüb

Səudiyyə Ərəbistanının 3 hərbçisi Yəmənlə sərhəddə öldürülüb Səudiyyə Ərəbistanının 3 əsgəri Yəmənlə sərhəddə öldürülüb.
Digər ölkələr
9 Dekabr , 2019 03:03
Səudiyyə Ərəbistanının 3 hərbçisi Yəmənlə sərhəddə öldürülüb

Səudiyyə Ərəbistanının 3 əsgəri Yəmənlə sərhəddə öldürülüb.

“Report” “Anadolu” xəbərlər agentliyinə SPA bildirib.

Məlumata görə, iki hərbi qulluqçu – çavuş Əhməd bin Yəhya Əl-Qəzvani və sıravi Sultan bin İsa Şelbi Cazan ərazisində həlak olublar. Daha bir əsgər İbrahim Məchəri Nejran ərazisində öldürülüb.

Yəmənin "Ənsərullah" (husi) hərəkatının üsyançıları vaxtaşırı Səudiyyə krallığının sərhədini pozaraq hərbçilərin mövqelərinə atəş açırlar.

Bundan başqa, üsyançılar Səudiyyə Ərəbistanının cənubundakı Nejran və Cazan şəhərlərini də hava zərbələrinə məruz qoyurlar.

Son xəbərlər

Orphus sistemi