​Yəmənin paytaxtı havadan zərbələrə məruz qalıb

​Yəmənin paytaxtı havadan zərbələrə məruz qalıb Ölkədə "Əzm fırtınası" davam edir
Digər ölkələr
8 Aprel , 2015 21:48
​Yəmənin paytaxtı havadan zərbələrə məruz qalıb

Bakı. 8 aprel. REPORT.AZ/ Yəməndə Səudiyyə Ərəbistanının rəhbərliyi altında husilərə qarşı başladılan "Əzm fırtınası" əməliyyatı davam edir.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, qırıcı təyyarələr paytaxt Sənanın Əl-Caraf rayonunda bir sıra mövqelərə zərbələr endiriblər.

Bombardıman zamanı bəzi yaşayış məntəqələrinə ziyan dəyib.

Bombardımanın ardınca bir çox evlərdə yanğın baş verib, əraziyə yanğınsöndürən və "təcili yardım" maşınları cəlb edilib. Zərərçəkənlər barədə məlumat yoxdur.

Qeyd edək ki, hava zərbələrinin hədəfi husilərin "Ənsarullah" hərəkatının silah anbarları olub.

Son xəbərlər

Orphus sistemi