Yuxarı

Yəmənin Marib şəhərində partlayış olub: 5 ölü, 10-dan çox yaralı var

Hələlik heç bir terror qruplaşması partlayışı üzərinə götürməyib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Yəmənin Marib şəhərində yas mərasimi zalında əldəqayırma partlayıcı qurğu işə salınıb. 

"Report"un "Sky News Arabia"ya istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 5 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

Zalda şəhərin hərbi komandirlərindən birinin dəfn mərasimi keçirilirmiş.

Hələlik heç bir terror qruplaşması partlayışı üzərinə götürməyib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi