Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün Yəmənin cənub-şərqində Hadramut vilayətindəki iki güclü partlayış baş verib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
KİV məlumatına əsasən, ən azı altı nəfər həlak olub. İki avtomobildə yerləşdirilmiş partlayıcı qurğu Yəmən ordusu 1-ci diviziyasının qərargahı qarşısında işə salınıb. Bu divizyanın komandanı general Əbdürrəhman əl-Xəlilinin konvoyunun hərbi obyektə gəlməsindən sonra baş verib. Komandan özü xəsarət almayıb.
Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.