​Yəmənin bombalanması nəticəsində 30 nəfər həlak olub

​Yəmənin bombalanması nəticəsində 30 nəfər həlak olub Bu dəfə Ahem şəhəri hava zərbələrinə tuş gəlib
Digər ölkələr
5 İyul , 2015 19:12
​Yəmənin bombalanması nəticəsində 30 nəfər həlak olub

Bakı. 5 İyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri ölkənin şimalında üsyançı husilərin nəzarəti altında olan Ahem şəhərində bazara raket zərbəsi endirib.

"Report" xəbər verir ki, üsyançıların sözlərinə görə, aviazərbələr nəticəsində Hadca əyalətində 30 mülki şəxs həyatını itirib.

Lakin bu bəyanatın müstəqil dəlilləri yoxdur. Bu ərəfədə Ədən şəhərində döyüşlər davam edir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, husilərin avia və raket zərbələri endirməsi nəticəsində şəhərdə 14 nəfər həlak olub.

Husilər və onların müttəfiqləri artıq həftələrdir ki, bütün ölkə ərazisində hökumət qüvvələri ilə mübarizə aparırlar.

Son xəbərlər

Orphus sistemi