​Yəmənə endirilən aviazərbələr nəticəsində 19 nəfər ölüb

​Yəmənə endirilən aviazərbələr nəticəsində 19 nəfər ölüb Zərbələr Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən endirilib
Digər ölkələr
13 Dekabr , 2015 20:27
​Yəmənə endirilən aviazərbələr nəticəsində 19 nəfər ölüb

Bakı. 13 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən Yəmənə endirilən hava zərbələri nəticəsində 19 dinc sakin həyatını itirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Yəmənin şimalında yerləşən Hacca əyalətinin bombalanması nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb.

Daha 7 nəfər ölkənin cənubunda bazara endirilən aviazərbə nəticəsində həyatını itirib.

Son xəbərlər

Orphus sistemi