Yəməndə vətəndaş müharibəsi nəticəsində 9 min nəfər həlak olub

Yəməndə vətəndaş müharibəsi nəticəsində 9 min nəfər həlak olub Daha 5 778 nəfər yaralanıb
Digər ölkələr
473
18 Mart , 2016 16:18
Yəməndə vətəndaş müharibəsi nəticəsində 9 min nəfər həlak olub

Bakı. 18 mart. REPORT.AZ/ Yəməndə vətəndaş müharibəsinin davam etdiyi bir il ərzində təxminən 9 min nəfər həlak olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının Aparatının mətbuat katibi Rupert Kolvill keçirdiyi brifinqdə məlumat verib.

"Münaqişənin başladığı bir il əvvəldən indiyə qədər BMT-nin insan haqları üzrə ofisi təxminən 9 min ölüm halını qeydə alıb. Onlar arasında 3 218 nəfər mülki şəxs olub. Daha 5 778 nəfər yaralanıb. Bu rəqəmlər 2015-ci il martın 26-dan bu il martın 17-nə qədər olan müddət üçündür", - deyə o bildirib.

R.Kolvillin sözlərinə görə, əldə edilən məlumatlara əsasən, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qurbanların yarıdan çoxunun ölümünə görə məsuliyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi