Yəməndə terror hücumunun qurbanlarının sayı 45 nəfərə çatıb - YENİLƏNİB

Yəməndə terror hücumunun qurbanlarının sayı 45 nəfərə çatıb - YENİLƏNİB Partlayış hərbi düşərgədə terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində baş verib
Digər ölkələr
23 May , 2016 13:01
Yəməndə terror hücumunun qurbanlarının sayı 45 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 23 May. REPORT.AZ/ Yəmənin cənubundakı Ədən şəhərində baş vermiş iki partlayış nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb.

"Report" AFP-yə istinadən xəbər verir ki, təxminən 60 nəfər yaralanıb.

"Sky News" telekanalı ərəbcə içərisində partlayıcı qurğu olan avtomobilin Ədənin mərkəzində yeni çağırışçıların hərbi xidmət üçün toplaşdığı düşərgədə partladıldığını xəbər verib. Məlumata görə, partlayış ordu generalı Abdulla əs-Subeydinin evinin qarşısında həyata keçirilib. Bundan əlavə, Ədəndəki başqa bir hərbi düşərgədə də bomba partladılıb.

*** 12:11

Yəmənin ən böyük şəhərlərindən olan Ədəndə terror hücumu nəticəsində azı 20 nəfər ölüb.

"Report" AFP-yə istinadən xəbər verir ki, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Təhlükəsizlik xidmətinin nümayəndələrinin verdiyi məlumata görə, hadisə Ədənin Xor Maksar rayonunda çağırışçıların hərbi xidmətə cəlb olunmaq üçün düşərgəyə toplaşdığı zaman baş verib.

Hadisə yerinə təcili-tibbi yardım və əlavə hərbi qüvvələr gəlib.

Son xəbərlər

Orphus sistemi