​Yəməndə terror aktı nəticəsində 30 nəfər ölüb

​Yəməndə terror aktı nəticəsində 30 nəfər ölüb Partlayış nəticəsində 70 nəfər xəsarət alıb
Digər ölkələr
15 May , 2016 13:48
​Yəməndə terror aktı nəticəsində 30 nəfər ölüb

Bakı. 15 May. REPORT.AZ/ Yəmənin cənubundakı əl-Mukalla şəhərində kamikadzenin mərkəzi polis bölməsində özünü partlatması nəticəsində ən azı 30 polis işçisi ölüb. 

"Report" xəbər verir ki, bu haqda "Sky News Arabia" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, güclü partlayış nəticəsində 70 nəfər xəsarət alıb. Hadisə zamanı şəhərin polis rəisinin sağ qaldığı bildirilir.

Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. 

Qeyd edək ki, Yəmən ordusu aprelin sonlarında əl-Mukallanı terrorçulardan azad edərək şəhərə nəzarəti ələ keçirib. 

Son xəbərlər

Orphus sistemi