UNİCEF: "Yəməndə son bir ayda 115 uşaq ölüb"

UNİCEF: "Yəməndə son bir ayda 115 uşaq ölüb" "Yəməndə döyüşən tərəflər beynəlxalq hüququn tələb etdiyi normalar daxilində uşaqlara qarşı məsuliyyətli olmalıdırlar"
Digər ölkələr
25 Aprel , 2015 09:40
UNİCEF: Yəməndə son bir ayda 115 uşaq ölüb

Bakı. 25 aprel. REPORT.AZ/ UNİCEF Yəməndə martın 26-dab, yəni "Sabitlik fırtınası" əməliyyatının başladığı gündən bəri ən azı 115 uşağın öldüyünü açıqlayıb. 

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu UNİCEF-in rəsmi nümayəndəsi Kristof Bulirak İsveçrənin Cenevrə şəhərində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, martın 26-dan aprelin 20-nə kimi davam edən hücumlarda ən azı 115 uşaq ölüb, 172-si yaralanıb: "Hazırda araşdırma və tədqiqatlar davam etdiyindən bu rəqəmlərin artması istisna edilmir. Bundan başqa, hazırda Yəməndə yüzlərlə uşaq təhlükəli şərtlər altında yaşayır. Hətta bir çoxu bomba və silah səsləri səbəbindən gecələri qorxu ilə oyanır".

O, həmçinin uşaqlara qarşı bu cür addımların atılmasına qarşı dərhal hərəkətə keçilməsinin vacib olduğunu qeyd edib. Qurum rəsmisi öz növbəsində Yəməndə döyüşən tərəfləri beynəlxalq hüququn tələb etdiyi normalar daxilində uşaqlara qarşı məsuliyyətli olmağa dəvət edib.

Son xəbərlər

Orphus sistemi