Yəməndə Sərhədsiz Həkimlərin xəstəxanası raket hücumuna məruz qalıb

Yəməndə Sərhədsiz Həkimlərin xəstəxanası raket hücumuna məruz qalıb Bu, son aylarda qrupun məruz qaldığı üçüncü hücumdur
Digər ölkələr
11 Yanvar , 2016 01:15
Yəməndə Sərhədsiz Həkimlərin xəstəxanası raket hücumuna məruz qalıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Yəməndə Sərhədsiz Həkimlər qrupu tərəfindən idarə olunan tibbi klinikaya raket hücumu nəticəsində ən azı 4 nəfərin həlak olduğu bildirilir.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, qrupun açıqladığı bəyanatda deyilir ki, raket hücumu Saada vilayətinin Raze şəhərindəki Şiara xəstəxanasına qarşı həyata keçirilib.

Sərhədsiz Həkimlərin verdiyi məlumata görə, hücum nəticəsində ən azı 10 nəfər yaralanıb. Yaralılar arasında qrupun üzvləri də var. Məlumatda habelə bildirilir ki, dağıntılar altında insanların qaldığına görə ölənlərin sayının artacağı istisna edilmir.

Qrupun direktoru Raquel Ayora bildirib ki, hücumu həyata keçirənlər Şiara Hospitalının tibbi klinika kimi fəaliyyət göstərdiyini biliblər. "Onların bunu bilməməsi mümkün deyil" - deyə o, bildirib.

Onun sözlərinə görə, Səudiyyənin başçılıq etdiyi koalisiya da daxil olmaqla müharibə edən bütün tərəflərə vaxtaşırı tibbi klinikanın GPS kordinatları göndərilib.

Bu, son aylarda qrupun məruz qaldığı üçüncü hücumdur.

Son xəbərlər

Orphus sistemi