Yəməndə qarşıdurmalar: 28 ölü, 6 yaralı

Yəməndə qarşıdurmalar: 28 ölü, 6 yaralı Onlardan 24-ü Ənsarullah Hərəkatının üzvləridir
Digər ölkələr
11 Aprel , 2015 16:16
Yəməndə qarşıdurmalar: 28 ölü, 6 yaralı

Bakı. 11 aprel. REPORT.AZ/ Yəməndə husilərlə prezident Abdurabbu Mansur Hadi tərəfdarları və silahlı tayfa üzvləri arasında baş verən toqquşmalarda 28 nəfər ölüb, 6 nəfər isə yaralanıb. 

"Report"un "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onlardan 24-ü Ənsarullah Hərəkatının (husi) üzvləridir.

Qeyd edək ki, Yəmənin İbb şəhərində cümə axşamından bu günə qədər davam edən münaqişələrdə 20-si hərəkat üzvü, 4-ü tayfa mənsubu olmaqla 24 nəfər ölüb. Bundan başqa, Yəmənin cənubundakı Lahic rayonunda husilərə məxsus patrul maşınının atəşə tutulması nəticəsində 4 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi