Yəməndə prezident iqamətgahına girişdə güclü partlayış baş verib, 8 nəfər ölüb

Digər ölkələr
  • 28 yanvar, 2016
  • 15:18
Yəməndə prezident iqamətgahına girişdə güclü partlayış baş verib, 8 nəfər ölüb

Bakı. 28 yanvar. REPORT.AZ/ Bu gün Yəmənin müvəqqəti paytaxtı olan Ədəndə prezident Abdurabbu Mənsur Hadinin iqamətgahına girişdə güclü partlayış baş verib. 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, "Sky News Arabia" peyk telekanalının yaydığı məlumata əsasən, hadisə nəticəsində 8 nəfər həlak olub, daha 12 nəfər xəsarət alıb. 

Qeyd edək ki, minalanmış avtomobil "Əl-Maaşik" sarayı yaxınlığında partladılıb.

*** 17:54

Yəmənin Ədən şəhərində prezident Abdurabbu Mənsur Hadinin iqamətgahının girişi yaxınlığında güclü partlayış olub.

"Report" xəbər verir ki, bu haqda "Sky News Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, "Al-Maaşik" sarayının qapısı yaxınlığında minalanmış avtomobil partlayaraq havaya uçub.

Partlayış nəticəsində ölənlərin və yaralananların olduğu bildirilsə də, onları sayı hələlik məlum deyil. Partlayış törədilən zaman dövlət başçısının harada olduğu da bilinmir.