Yəməndə onlarla husi silahlısı öldürülüb

Yəməndə onlarla husi silahlısı öldürülüb Atəş nəticəsində xeyli sayda avtomobil və silah anbarı da məhv edilib
Digər ölkələr
9 İyul , 2017 17:35
Yəməndə onlarla husi silahlısı öldürülüb

Bakı. 9 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələri Yəmənin Taiz vilayətində devrilmiş prezident Əli Abdulla Salihinin tərəfdarlarına və "Ənsərullah" hərəkatının obyektlərinə zərbələr endirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yəmən ordusunun polkovniki Əbdülbasıt əl-Bəhr məlumat verib.

Onun sözlərinə görə, zərbə nəticəsində onlarla döyüşçü öldürülüb. Polkovnik qeyd edib ki, koalisiya gəmiləri Qırmızı dənizdə (Taizdəki Əl-Muha limanında) husilərin Əl-Hamili rayonu ərazisindəki obyektlərinə zərbələr endiriblər.

Əl-bəhr həmçinin qeyd edib ki, atəş nəticəsində xeyli sayda avtomobil və silah anbarı da məhv edilib. Bundan əlavə, ərəb koalisiyasının Hərbi Hava Qüvvələri Taizin müxtəlif ərazilərində də husilərin və Salihinin tərəfdarlarının obyektlərinə zərbələr endirib.

Son xəbərlər

Orphus sistemi