Yəməndə koalisiyanın aviazərbələri nəticəsində 12 nəfər ölüb

Yəməndə koalisiyanın aviazərbələri nəticəsində 12 nəfər ölüb Hadisə ölkənin şimal-qərbində yerləşən Hacca əyalətinin Hiran bölgəsində baş verib
Digər ölkələr
23 Noyabr , 2016 12:44
Yəməndə koalisiyanın aviazərbələri nəticəsində 12 nəfər ölüb

Bakı. 23 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəmənin şimal-qərbinə aviazərbələr endirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, aviazərbə yerli bazara istiqamətlənən avtobusa tuş gəlib və nəqliyyat vasitəsindəki 12 sərnişin dünyasını dəyişib.

Hadisə ölkənin şimal-qərbində yerləşən və husilərin nəzarəti altında olan Hacca əyalətinin Hiran bölgəsində baş verib.

Koalisiya nümayəndələri hələlik məlumatı şərh etməyib.

Son xəbərlər

Orphus sistemi