Bakı. 17 dekabr. REPORT.AZ/ Yəmənin Sana şəhərindən cənubda, Bayda əyalətinin Radaa rayonunda iki terror-intihar hadisəsi baş verib.
"Report" "newsru.com"a istinadən xəbər verir ki, hər iki hadisə minalanmış avtomobillə gerçəkləşdirilib.
Hadisələr nəticəsində azı 26 nəfər, o cümlədən 16 ibtidai sinif şagirdi ölüb.
Hadisənin biri Nəzarət-Buraxılış Məntəqəsinin yaxınlığında baş verib. İçərisindəki kartofun altında bomba gizlədilmiş maşın məktəbli avtobusu nəzarət-buraxılış məntəqəsindən keçərkən partladılıb.
İntiharçı-terrorçular digər avtomobili isə müxalifətdən olan dini lider Abdulla İdrisin evinin yanında partladıblar.