Yəməndə iki BMT əməkdaşı saxlanılıb

Yəməndə iki BMT əməkdaşı saxlanılıb Paytaxt Səna şəhərinin havalimanında həbs olunan BMT əməkdaşları - ABŞ vətəndaşlarıdır
Digər ölkələr
1 Noyabr , 2015 02:38
Yəməndə iki BMT əməkdaşı saxlanılıb

Bakı. 01 noyabr. REPORT.AZ/ Birləşmiş Millətlər Təşkilatının (BMT) iki əməkdaşı Yəməndə saxlanılıb. "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, BMT-nin rəsmisi Farxan Hak bildirib ki, hazırda əməkdaşların yerinin müəyyən edilməsi istiqamətində iş aparılır.

AFP agentliyinin məlumatında isə qeyd olunur ki, paytaxt Səna şəhərinin havalimanında saxlanılan BMT əməkdaşlarının hər ikisi  - ABŞ vətəndaşlarıdır. 

Qeyd edək ki, Səna şəhəri 2014-cü ilin yanvar ayından etibarən “Ənsar Allah” hərəkatının tərəfdarlarının (husilər) nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi